BANK

28 Fevral

Azərbaycanda təmassız ödənişləri qəbul edən POS-terminalların sayı artıb

2023-cü ildə Azərbaycanda təmassız ödənişləri qəbul edən 86 383 POS-terminal olub.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.

Sənədə əsasən, bu, 2022-ci illə müqayisədə 8,2 % çoxdur.

Hesabat tarixinə təmassız ödənişləri qəbul edən POS-terminallar bütün POS-terminalların 94,3 %-ni təşkil edib.

Fuad Mədətov
Fins.az