BANK

28 Fevral

Azərbaycanda Milli Ödəniş Sistemi ilə əməliyyatların sayı 51,3 % artıb

2023-cü ildə Azərbaycanda Milli Ödəniş Sistemi (MÖS) ilə 766,4 milyard manatlıq əməliyyat aparılıb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.

Sənədə əsasən, bu, 2022-ci illə müqayisədə 2,2 dəfə çoxdur.

Ötən il MÖS-lə aparılmış əməliyyatların sayı isə 147,7 milyon olub. Bu isə 1 il əvvələ nisbətən 51,3 % çoxdur.

Fuad Mədətov
Fins.az