Müştərilərin universal maliyyə tərəfdaşı olan ABB ehtiyacları nəzərə alaraq daha bir rəqəmsal həlli bazara təqdim edib.
Fins.az xəbər verir ki, artıq daşınmaz əmlakın icbari sığortasını da ABB mobile tətbiqindən əldə etmək mümkündür. Müştərilər bu sığorta məhsulunu rəqəmsal təcrübə ilə tətbiqdən ala bilərlər.
Beləliklə, ABB mobile istifadəçilərə bu imkanı yaradan ilk bank tətbiqi olub. ABB bu imkanı “Atəşgah” sığorta şirkəti ilə tərəfdaşlıq əsasında yaradıb.
Daşınmaz əmlak icbari sığorta edilərkən yanğın, təbii fəlakətlər və digər səbəblərdən əmlaklara dəymiş ziyan ödənir. Beləliklə, əmlak sahibinin gəliri qorunur, maddi ziyana düşməsinin qarşısı alınır.
Bu sığorta məhsulundan başqa digər müxtəlif sığorta növlərini, o cümlədən avtomobil sığortasını da ABB mobile tətbiqindən əldə etmək mümkündür. Bu məhsulları tətbiqdən almağın üstünlüyü bunun son dərəcə rahatlığı, sadəliyi, cəmi bir neçə toxunuşla sürətli şəkildə həyata keçirilməsidir.
Daha bir üstünlük isə budur ki, müştərilər sığorta müqavilələrini ABB mobile tətbiqində görə bilirlər. Tətbiq vasitəsilə sığorta müqavilələrinin müddətinin bitmə tarixini izləmək mümkündür. Daha ətraflı məlumatları buradan əldə edə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
Fuad Mədətov
Fins.az