BANK

28 Fevral

Yeni Zelandiya Mərkəzi Bankı faiz dərəcəsini sabit saxladı

Yeni Zelandiya Mərkəzi Bankı çərşənbə günü uçot faiz dərəcəsini dəyişməyib və onu 2025-ci ilə qədər mövcud 5.5% səviyyəsində saxlamağı planlaşdırdığını bildirib. Mərkəzi Bankın verdiyi qərarın və monetar siyasətin daha da sərtləşdirilməsi ilə bağlı proqnozların azalması fonunda, Yeni Zelandiya dolları ABŞ dolları qarşısında kəskin ucuzlaşıb.

Fins.az xəbər verir ki, Mərkəzi bank faiz dərəcəsini son 15 ilin ən yüksək həddi olan 5.5% səviyyəsində saxladı və monetar siyasətin inflyasiyanı cilovlamaq üçün məhdudlaşdırıcı olaraq qalmasının vacib olduğunu söylədi. Lakin tənzimləyici qurum rəsmi açıqlamada əlavə artımlara ehtiyac olduğunu vurğulamaqdan çəkindi.

Hal-hazırda NZDUSD valyuta cütlüyü 0.6103 səviyyəsində ticarət olunur. Qeyd etmək lazımdır ki, xəbər açıqlanandan öncə məzənnə 0.6172 səviyyəsində ticarət olunurdu.