BANK

28 Fevral

Azərbaycanın bank sektorunun xalis mənfəəti artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar ayında 99,6 milyon manat xalis mənfəət əldə edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü 10,3 % çoxdur.

Ötən ay bankların əməliyyat gəlirləri 462,7 milyon manat (əvvəlki ilin eyni dövrünə nisbətən 29,2 % çox), əməliyyat xərcləri 311,7 milyon manat (43,05 % çox), xüsusi ehtiyatlara ayırmaları 29,3 milyon manat (7,3 % çox), digər xərcləri 0,1 milyon manat (dəyişməyib), mənfəət vergisi ödəmələri isə 21,9 milyon manat (3,5 % az) təşkil edib.

Fuad Mədətov
Fins.az