BANK

22 Fevral

Cənubi Koreya faiz dərəcələrini sabit saxlayır

Cənubi Koreyanın mərkəzi bankı cümə axşamı faiz dərəcələrini son 15 ilin ən yüksək səviyyəsində saxlayıb.

Fins.az xəbər verir ki, Koreya Mərkəzi Bankının verdiyi açıqlamaya görə, göstərici faiz dərəcəsi 3,50% səviyyəsində qalıb. İqtisadçıların gözləntisi faiz dərəcələrində dəyişiklik olmayacağı idi. Beləliklə, 2024-cü ilin ikinci iclasında bank, bazarların gözləntilərinə uyğun olaraq, ardıcıl 9-cu dəfə siyasət faiz dərəcəsində heç bir dəyişiklik etməyib.

Sədr Rhee Chang-yong Seulda keçirdiyi mətbuat konfransında deyib: "Şura üzvlərinin əksəriyyəti hər hansı faiz dərəcəsinin azaldılmasını müzakirə etmək üçün hələ tez olduğunu düşünür, çünki inflyasiya bizim hədəfimizdən yüksəkdir və biz yavaşlama yoluna nəzarət etməliyik".

Günel Məlikzadə
Fins.az