BANK

22 Fevral

AccessBank təhsil işçiləri üçün özəl endirim kampaniyasına start verdi

Accessbank təhsil işçiləri üçün nəzərdə tutulan endirim kampaniyasını təqdim edir.

Bankdan Fins.az-a verilən məlumata görə, müəllimlərin əvəzsiz töhfələrini dəyərləndirmək, onların maliyyə məqsədlərinə daha əlçatan və rahat şəkildə nail olmaq arzularını dəstəkləmək üçün AccessBank xüsusi 5%-dək endirim kampaniyasına başladığını elan edir.

Kampaniya 15 fevraldan 30 aprel tarixinədək qüvvədədir.

AccessBank-ın təklif etdiyi kampaniyanın şərtlərinə uyğun olaraq, təhsil işçiləri 6 aydan 48 ayadək əldə etdikləri kreditlər üzrə 5%-dək endirim əldə edəcəklər. Kampaniya çərçivəsində minimum illik faiz dərəcəsi 10 faiz  maksimum 19% müəyyən edilib.

Faktiki illik faiz dərəcəsi (FİFD): min. 13,45%  - maks. 20.69%. Komissiya: 1-3%. Kredit müddəti: min. 6 ay - maks. 48 ay

Accessbank bütün təhsil işçilərini nağd kredit fürsətindən istifadə etməyə və onların xüsusi ehtiyaclarına uyğun fərdiləşdirilmiş maliyyə həllərindən yararlanmağa dəvət edir. Təhsil işçiləri üçün tətbiq edilən 5%-dək endirim kampaniyası vasitəsilə AccessBank, ölkəmizdə sərfəli maliyyə həllərinin tətbiqi siyasətinə sadiqliyini nümayiş etdirməyə davam edir.

Məhsulu sifariş etmək üçün linkə keçid edin: //bit.ly/accessbank-fins-tehsil-nagd-kredit

Təklif edilən nağd krediti bankın filiallarında rəsmiləşdirmək mümkündür. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: //bit.ly/accessbank-filiallar . Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə  (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.

Fuad Mədətov
Fins.az