BANK

19 Fevral

MDM 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasını ictimaiyyətə açıqlayıb

Milli Depozit Mərkəzi (MDM) 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasını ictimaiyyətə açıqlayıb.

Fins.az xəbər verir ki, sənəddə 4 strateji hədəf (təşəbbüs) öz əksini tapıb.

Bunlardan birincisi Fəaliyyət istiqamətlərinin inkişafıdır. Bu çərçivədə xidmət çeşidliliyinin artırılması, depozitlərarası müxbir əlaqələrin genişləndirilməsi, mərkəzi kontragent modelinin formalaşdırılması və ekosistemin inkşafına dəstək fəaliyyətləri nəzərdə tutulub.

MDM-in ikinci hədəfi Əməliyyat və xidmət effektivliyinin artırılmasıdır. Bu çərçivədə tam funksional və çevik İT infrastrukturun yaradılması, rəqəmsallaşma səviyyəsinin artırılması, müştəri mərkəzli yanaşmaya keçid və maliyyə idarəetməsi sisteminin inkşafı hədəflənir.

Mərkəzin üçüncü hədəfi Etibarlı, dayanıqlı, yüksək imicli təsisatın qurulması, o cümlədən risklərin idarə olunması mexanizimlərinin təkmilləşdirilməsi, ƏL/TMM komplayens nəzarət mexanizmlərinin inkşafı, informasiya təhlükəsizliyinin gücləndirilməsi, korporativ imicin gücləndirilməsidir.

MDM-in dördüncü hədəfi isə Effektiv iş mühitinin və peşəkar komandanın formalaşdırılması, o cümlədən insan resurslarının idarə edlməsi üzrə proseslərin təkmilləşdirilməsi, korporativ mədəniyyətin inkşaf etdirilməsi, sağlam və effektiv iş mühitinin yaradılmasıdır.

Fuad Mədətov
Fins.az