BANK

15 Fevral

FED rəsmisindən inflyasiya və faiz mesajı

Çikaqo Fed-in sədri Austan Goolsbee, Nyu-Yorkda Xarici Əlaqələr Şurasında etdiyi çıxışda inflyasiya bir neçə ay daha yüksək qalsa belə, bu vəziyyətin mənzərəni dəyişməyəcəyini bildirib.

Fins.az xəbər verir ki, pul siyasətinin kifayət qədər sərt olduğunu ifadə edən Goolsbee, “İnflyasiyada enişlər ola bilər. Mən 12 aylıq inflyasiya 2 faizə enənə qədər faiz endirimini gözləmək fikrini dəstəkləmirəm" dedi.

Dünən ABŞ-da açıqlanan inflyasiya gözləntiləri üstələyib və bu, ilk faiz endirimi gözləməsinin iyun ayına təxirə salınmasına səbəb olub. Təkcə bir məlumata baxmamalı olduğumuzu söyləyən Goolsbee, “3, 6 və 12 aylıq inflyasiyaya baxsanız, azaldığını açıq şəkildə görə bilərsiniz” dedi.

Rəsmi bildirib ki, təklif tərəfi bu il inflyasiyaya kömək edə bilər.

Günel Məlikzadə
Fins.az