BANK

15 Fevral

Bank Respublika mikro kredit kampaniyasının müddətini uzatdı

Ölkəmizdə real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri Bank Respublika, daha öncə sahibkarlar üçün start verdiyi “İkiqat Dəstək” adlı sərfəli mikro kredit kampaniyasının müddətini 1 mart 2024 tarixinədək uzadıb.

Bankdan Fins.az-a verilən məlumata görə, 2024-cü ildə biznesinizi böyütmək və yeni məqsədlərə çatmaq üçün dəstəyə ehtiyacınız varsa bu kampaniyadan faydalana bilərsiniz.

Kampaniya çərçivəsində Bankdan mikro və aqro kredit götürən müştərilərə ikiqat dəstək edilərək həm kredit faizində, həm də komissiyada endirim ediləcəkdir. Belə ki, müştərilər mikro kreditlərdə faiz dərəcəsində min. 20% ENDİRİM, komissiyada min. 24% ENDİRİM əldə etmək imkanı qazanacaq!

Kreditin maksimal məbləği - 50.000 manatadək, müddəti - 48 ayadək, illik faiz dərəcəsi isə, min. 10% təşkil edir.

Kampaniyanın digər özəllikləri:

  • Zaminsiz və tranşla kredit götürmək imkanı;
  • Təminatdan asılı olaraq kreditin komissiyasız təqdim edilməsi imkanı;
  • Kredit xətti açılması imkanı;
  • 12 ayadək güzəşt müddəti;
  • Sərbəst ödəniş qrafiki;
  • Sığorta tələbi və qiymətləndirmə xərci yox.

Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal, nəqliyyat və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Fuad Mədətov
Fins.az