BANK

14 Fevral

“PAŞA Bank” sahibkarlara “Tərəfdaşı yoxla” xidmətini təqdim edib

Belə ki, bu xidmət vasitəsi ilə sahibkarlar yalnız VÖEN nömrələrini daxil etməklə istənilən tərəfdaş haqqında ətraflı məlumat əldə etmək mümkün olacaq.

Fins.az xəbər verir ki, “Tərəfdaşı yoxla” xidmətinin yoxlanılan şirkət haqqında ümumi, vergi, qalib olduğu dövlət tenderləri və məhkəmə işləri haqqında məlumat vermək kimi üstünlükləri var.

Həmçinin qeyd edək ki yoxlanış prosesi bir neçə mənbədən toplanır və qısa zamanda həyata keçirilir.

Xidmət “PAŞA Bank” müştəriləri üçün nəzərdə tutulub və mövcud və potensial tərəfdaşları ilə əməkdaşlıq zamanı qarşılaşa biləcək riskləri azaltmağa və bazarda mövcud mövqelərini möhkəmlətməyə şərait yaradır. Bu xidmətdən yararlanmaq üçün bankda hesab açmaqla müştəri olmaq kifayət edir.

“PAŞA Bank Biznes” onlayn veb-platforma üzərindən bu keçidə daxil olub qeydiyyatdan keçin və yeni xidmətimizdən yararlanın!