BANK

14 Fevral

Moody's 5 İsrail bankının reytinqini aşağı salıb

Keçən həftə İsrailin ölkənin kredit reytinqini aşağı saldıqdan sonra Moody's bu gün İsrail bankları üçün reytinq qiymətləndirməsi etdi.

Fins.az xəbər verir ki, kredit reytinq agentliyinin verdiyi açıqlamada İsrailin beş bankının uzun və qısa müddətli depozit kredit reytinqinin aşağı salındığı, reytinq proqnozunun isə mənfi olduğu bildirilib.

Açıqlamada, reytinqi aşağı salınan banklar Bank Leumi Le-İsrael, Bank Hapoalim, Mizrahi Tefahot Bank, İsrail Endirim Bankı və İsrailin Birinci Beynəlxalq Bankı kimi qeyd edilib.

Açıqlamada reytinqin aşağı salınmasının Moody's-in 24 oktyabr 2023-cü ildə başlatdığı araşdırmanın nəticəsi olduğu və davam edən münaqişələrin artmasının bankların indiki defoltdan daha ciddi təsirlərə məruz qalmasına səbəb ola biləcəyi vurğulanıb.

Açıqlamada hərbi münaqişələr və təhlükəsizlik mühitinin zəifləməsi səbəbindən bankların sosial risklərinin artdığı və bunun mənfi proqnoz amili olduğu bildirilib.

Moody's fevralın 9-da İsrailin kredit reytinqini "A1"dən "A2"yə endirib və kredit reytinqinin proqnozunu mənfiyə dəyişib.

Günel Məlikzadə
Fins.az