BANK

12 Fevral

BVF prezidentindən "yumşaq eniş" ssenarisi

Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgieva, BVF-nin qlobal iqtisadiyyatın yumşaq eniş edəcəyinə "çox əmin olduğunu" və faiz dərəcələrinin ilin ortalarında düşməyə başlayacağını təxmin etdiklərini söylədi.

Fins.az xəbər verir ki, Georgieva, Dubayda keçirilən Dünya Hökumət Zirvəsində verdiyi açıqlamada, faiz dərəcələrinin keçən il onilliklərdə görülməmiş bir nisbətdə artırıldığına diqqət çəkərək, “Qlobal iqtisadiyyatın yumşaq enişi reallaşdırmaq üzrə olduğuna son dərəcə əminik”.

ABŞ kimi aparıcı iqtisadiyyatlarda faiz dərəcələrinin azaldılması ehtimalı ilə bağlı Georgieva, "Faiz dərəcələrinin keçən il inflyasiyanın izlədiyi istiqamətdə, ən geci ilin ortasına qədər formalaşacağını gözləyirəm" dedi.

Koronavirusun yayılmasından sonra gözlənilməz vəziyyətlərin yarana biləcəyi ehtimalının nəzərə alınması lazım olduğu barədə xəbərdarlıq edən Georgiyeva, İsrail və HƏMAS arasında müharibənin uzanacağı təqdirdə bunun bir çox ölkənin iqtisadiyyatına təsir edəcəyini bildirib.

"Qorxuram ki, münaqişə uzun müddət davam edəcək, çünki (əgər) davam edərsə, yayılma riski artır", - Georgiyeva bildirib.

Günel Məlikzadə
Fins.az