Niderlandın “ING Group” şirkətinin mediada yaydığı məlumata əsasən, bu qurum Azərbaycanda 2024-cü il üçün orta illik inflyasiyanın 4,5 faiz, 2025-ci ildə 5,6 faiz olacağını proqnozlaşdırır.
Fins.az xəbər verir ki, proqnozlara əsasən, 2024-cü ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 6 faiz, ikinci rübdə 1,9 faiz, üçüncü rübündə isə 4,3 faiz səviyyəsində gözlənilir. Yeri gəlmişkən, Birləşmiş Millətlər Təşkilatının proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5,9 faiz təşkil edəcək, 2025-ci ildə isə 3,9 faizədək azalacaq. Beynəlxalq Valyuta Fondu bu il Azərbaycanda orta illik inflyasiyanın 4,7 faizə qədər azalacağını, 2025-ci ildə 5 faiz olacağını proqnozlaşdırır. Dünya Bankının qiymətləndirmələrinə görə, respublikamızda orta illik inflyasiya 2024-ci ildə 5,8 faiz, 2025-ci ildə 5,2 faiz təşkil edəcək. Azərbaycan İqtisadiyyat Nazirliyi isə 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 faiz, 2025-ci ildə 4,9 faiz olacağını gözləyir.