BANK

09 Fevral

Barclays yeni neft və qaz investisiyalarının maliyyələşdirilməsini dayandıracaq

Böyük Britaniyada yerləşən Barclays-in yenilənmiş İqlim Dəyişikliyi Açıqlaması ilə bağlı bəyanatına görə, Bank 2030-cu ilə qədər "davamlı və transformasiyalı maliyyələşdirmə" üçün 1 trilyon dollarlıq öhdəliyinə sadiq qalıb və bu hədəfə çatmaq üçün yeni qərarlar qəbul edib.

Fins.az xəbər verir ki, bu kontekstdə Barclays yeni neft və təbii qaz hasilatı və əlaqədar infrastruktur investisiyalarının maliyyələşdirilməsini dayandıracaq. Bank həmçinin qalıq yanacaq istehsalını artıran şirkətlərin maliyyələşdirilməsini məhdudlaşdıracaq.

Bank müştərilərindən 2030-cu ilə qədər metan emissiyasının azaldılması hədəfi və 2026-cı ilə qədər sıfır emissiyaya uyğun hədəflər təyin etməyi xahiş edəcək.

Barclays Böyük Britaniyanın neft və təbii qaz sənayesi üçün ən böyük maliyyə təminatçılarından biri kimi seçilir.

Günel Məlikzadə
Fins.az