Azərbaycan Mərkəzi Bankında (AMB) kapital bazarının maliyyə sistemində rolunun artırılması müzakirə edilib.
Fins.az xəbər verir ki, bunu qurumun sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"AMB-də Milli Depozit Mərkəzi, "Bakı Fond Birjası" QSC və investisiya şirkətlərinin rəhbərləri ilə növbəti görüşümüz oldu. Görüş zamanı ölkədaxili makroiqtisadi meyillər və monetar şərait, inflyasiya, valyuta bazarında vəziyyət, habelə iqtisadi aktivliyə həsr edilmiş təqdimat keçirildi. Həmçinin, ötən il üzrə ölkədə kapital bazarlarının fəaliyyətinin nəticələri və onların maliyyə sistemində rolunun artırılması, maliyyə sektorunun inkişaf strategiyasından irəli gələn məsələlərə dair fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.
Fuad Mədətov
Fins.az