BANK

09 Fevral

Leyn: "İnflyasiya haqqında daha çox məlumat lazımdır"

ECB-nin baş iqtisadçısı Filip Leyn Brookings İnstitutunda Avropada əmək haqqı göstəricisi, inflyasiya ilə mübarizə və Avropa Mərkəzi Bankının (AMB) pul siyasəti ilə bağlı qiymətləndirmələr aparıb.

Fins.az xəbər verir ki, Leyn iqtisadi məlumatların yaxın perspektivdə inflyasiya prosesinin gözləniləndən daha sürətli gedə biləcəyini göstərdiyini söylədi. Bunun müsbət bir inkişaf kimi qiymətləndirilə biləcəyini qeyd edən Lane, inflyasiyanın sürətlə azalmasının 2025-ci ildə və ondan sonra da inflyasiya təzyiqlərinə səbəb ola biləcəyini və proqnozu çətinləşdirə biləcəyini ifadə etdi.

Leyn, əmək haqqı göstəricilərinin dördüncü və birinci rüblərdəki bir çox əsas məlumatların hələ də əskik olmasına baxmayaraq, əmək haqqı artımında bir qədər yavaşlamağa işarə etdiyini söylədi.

ECB yanvarın 25-də keçirdiyi iclasda depozit faizini gözləntilərə uyğun olaraq 4,00 faiz səviyyəsində saxlayıb. Qərar mətnində ECB-nin balansın azaldılması ilə bağlı 2023-cü ilin dekabrında açıqladığı plana sadiq qalacağı vurğulanıb. Digər tərəfdən, iclasdan sonra açıqlama verən ECB sədri Christine Lagarde, "Faiz endirimi müzakirələri üçün hələ tezdir. Endirim vaxtı ilə bağlı dediklərimin üzərində dayanıram" dedi.

Günel Məlikzadə
Fins.az