BANK

08 Fevral

FED/Kugler: "İnflyasiyada optimist irəliləyiş davam edəcək"

FED İdarə Heyətinin üzvü Adriana Kugler ABŞ-da inflyasiyadakı yavaşlamanın davam edəcəyinə dair optimist bir mənzərə təqdim etsə də, FED-in əsas kredit faizinin tezliklə azaldılmasında çox az aktuallıq olduğunu bildirdi.

Fins.az xəbər verir ki, Kuqler Vaşinqtondakı Brukinqs İnstitutunda Fed rəsmisi olaraq ilk ictimai çıxışında deyib: "Hər hansı bir nöqtədə inflyasiyanın və əmək bazarlarının soyumasının davam etməsi federal fondların faiz dərəcəsinin hədəf diapazonunun aşağı salınmasını məqsədəuyğun edə bilər. Digər tərəfdən, inflyasiya ilə mübarizədə irəliləyiş dayanarsa, irəliləyişin davam etməsini təmin edərək,  hədəf aralığının daha uzun müddət mövcud səviyyədə sabit saxlanılması məqsədəuyğun ola bilər" dedi.

O, bu il dərəcələrin azaldılması vaxtına üstünlük verməsə də, şərhlər onun sədr Jerome Powell-in mart ayında faiz endiriminin mümkün olmadığı fikri ilə razılaşdığını göstərir.

"Mən inflyasiyanın əldə etdiyi irəliləyişdən məmnunam və bunun davam edəcəyinə inanıram, lakin bu inkişafın davam etdiyini təsdiqləmək üçün iqtisadi məlumatları yaxından izləyəcəyəm" dedi Kugler.

Günel Məlikzadə
Fins.az