BANK

01 Fevral

FED faiz dərəcəsini illik 5.25-5.5% səviyyəsində saxlayıb

BŞ Federal Ehtiyatlar Sisteminin (FED) press-relizinə əsasən, tənzimləyici qurum yanvar toplantısında ardıcıl dördüncü dəfə uçot faiz dərəcəsini illik 5.25-5.5% səviyyəsində saxlamağı qərar vermişdi.

Fins.az xəbər verir ki, qərar əksər analitiklərin proqnozları ilə üst-üstə düşüb.

FED ötən ilin iyul ayında keçirdiyi toplantıda faiz dərəcəsini illik 5.25-5.5%-ə qaldırmışdı. Daha sonra tənzimləyici qurum bildirmişdir ki, iqtisadiyyatda maksimum məşğulluğa və uzunmüddətli perspektivdə 2% hədəf inflyasiya səviyyəsinə nail olmaq üçün faiz dərəcəsinin daha da artırılmasını məqsədəuyğun hesab edir. Növbəti üç toplantıda: sentyabr, noyabr və dekabr aylarında FED uçot dərəcəsini olduğu səviyyədə saxlamışdı.

Fuad Mədətov
Fins.az