2023-cü ildə Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilmiş valyuta hərracının 92 %-də təklif tələbi üstələyib.
Fins.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, valyuta bazarında tarazlıq inflyasiya idxalının məhdudlaşmasında xüsusi rol oynayıb. Bu dövrdə manatın nominal effektiv məzənnəsi 19,3 % artıb ki, bu da idxal inflyasiyasına azaldıcı təsir göstərən əsas amildir.
Fuad Mədətov
Fins.az