BANK

30 Yanvar

ABŞ Xəzinədarlığı borclanma proqnozunu 760 milyard dollara endirib

ABŞ Maliyyə Nazirliyi bu ilin yanvar-mart və aprel-iyun ayları üzrə borclanma təxminlərini açıqlayıb.

Fins.az xəbər verir ki, xəzinədarlığın 2024-cü ilin ilk rübündə 760 milyard dollar borc götürməsinin gözlənildiyi bildirilib.

Açıqlamada, mart ayının sonunda nağd pul qalığının 750 milyard dollar olacağı gözlənildiyi, borclanma təxmininin isə keçən ilin oktyabr ayında açıqlanan təxmindən 55 milyard dollar aşağı olduğu bildirilib.

Açıqlamada, bu ilin ikinci rübündə 202 milyard dollar borc alınacağı və iyunun sonunda nağd pul qalığının 750 milyard dollar olacağı bildirilib.

Açıqlamada, Xəzinədarlığın ötən ilin oktyabr-dekabr dövründə 776 milyard dollar borc götürdüyü və sözügedən rübün sonunda nağd pul qalığının 769 milyard dollar olduğu paylaşılıb.

Nazirlik ötən ilin oktyabr ayında paylaşdığı proqnozda 2023-cü ilin son rübündə xəzinədarlığın 776 milyard dollar borc alacağı, keçən ilin dekabr ayının sonunda isə nağd pul qalığının 750 milyard dollar olacağı proqnozlaşdırıldığını açıqlamışdı.

Günel Məlikzadə
Fins.az