BANK

28 Yanvar

Kanada Bankı faiz dərəcəsini 5% səviyyəsində saxlayıb

Çərşənbə günü Kanada Bankı əsas faiz dərəcəsini illik 5% səviyyəsində saxladı. Qeyd olunan hədd 2001-ci ildən bəri ən yüksək göstəricidir.

Fins.az xəbər verir ki, analitiklərin proqnozları tənzimləyicinin qərarı ilə üst-üstə düşüb.

Mərkəzi Bank artıq dördüncü dəfədir ki, uçot faiz dərəcəsini dəyişməyib.

İdarəetmə Şurası inflyasiya risklərindən, xüsusən dekabr ayında gözlənilməz qiymət artımından sonra əsas inflyasiyanın mümkün yüksəlişindən hələdə narahat olduqlarını bildirib. Bu hal məhdudlaşdırıcı monetar siyasətini davam etdirməyi tələb edir.

Mərkəzi Bank, 2025-ci ildəki 2%-lik hədəfinə düşməzdən əvvəl əsas inflyasiyanın 2024-cü ilin ilk yarısında 3% ətrafında dəyişməyəcəyini ehtimal edir.

Kanada Bankının rəhbəri Tiff Maklem, Yaxın Şərqdə münaqişənin genişlənməsi kimi yeni amillərin qiymətlərin yüksəlməsinə səbəb olarsa, faiz dərəcələrinin daha da artırılması ehtimallarının istisna olunmadığını söylədi.