BANK

21 Yanvar

Qoldmandan borc xəbərdarlığı

Goldman Sachs-a görə, inkişaf etmiş ölkələrdə istiqraz buraxılışları vasitəsilə dövlət borclarının artırılması və mərkəzi bankların balansının azalması orta müddətli dövrdə istiqraz gəlirlərinin artmasına səbəb olacaq.

Fins.az xəbər verir ki, Yaponiyadan kənarda inkişaf etmiş ölkələrin istiqraz bazarlarını araşdıran Goldman Sachs analitikləri belə nəticəyə gəliblər ki, dövlət borcunun ÜDM-ə nisbətində bir faiz bəndlik artım orta müddətli dövrdə istiqraz gəlirlərində ən azı iki baza bəndi artıma səbəb olacaq.

Goldman Sachs-ın analitiki Bill Zu qeyd edib ki, "büdcə kəsirləri və dövlət istiqrazlarının buraxılışı bu il və ondan sonrakı illərdə əsas inkişaf etmiş iqtisadiyyatlarda yüksək səviyyədə qalacaq". ABŞ-da orta müddətli istiqraz gəlirləri yaxın 10 ildə təxminən 55-65 baza bəndi artacaq" dedi.

2023-cü ilin sentyabr və oktyabr aylarında istiqrazlarda əsas satış dalğasının baş verməsinin səbəblərindən biri kimi qlobal istiqraz bazarında təklifin artıqlaması problemi göstərilib. Hökumətlərin büdcə kəsirlərini maliyyələşdirmək üçün etdiyi emissiyalar mərkəzi bankların balanslarını kiçilməyə çalışdıqları, başqa sözlə, dövlət istiqrazlarını almaqla dövlət kəsirlərini maliyyələşdirmədikləri dövrə təsadüf edir.

Günel Məlikzadə
Fins.az