FED Amerika iqtisadiyyatında mövcud vəziyyətin qiymətləndirilməsini özündə əks etdirən "Bej Kitab" hesabatının yanvar sayını dərc etdi.
Fins.az xəbər verir ki, bankın 12 filialının təhlilləri ilə hazırlanan hesabatda, əvvəlki hesabatın dərc edildiyi noyabr ayından bu yana əksər bölgələrdə iqtisadi fəaliyyətlərdə çox az dəyişiklik və ya heç bir dəyişiklik olmadığı bildirilib.
Hesabatda fərqlər bildirən dörd regiondan üçündə iqtisadi aktivlikdə mülayim artım, birində isə mülayim eniş müşahidə olunduğu və bayram mövsümündə istehlakçıların bir qədər mövsümi rahatlama təmin etdiyi bildirilib.
Mövsümi tələbatın hava daşımalarının həcmini artırdığına diqqət çəkən hesabatda bəzi bölgələrdə istirahət üçün səyahətlərin artdığı bildirilib.
Hesabatda demək olar ki, bütün bölgələrdə istehsal fəaliyyətlərində azalmaların olduğu qeyd edilib və yüksək faiz dərəcələrinin avtomobil satışlarını və daşınmaz əmlak sövdələşmələrini məhdudlaşdırmağa davam etdiyi bildirilib.
"Faiz dərəcələrinin aşağı salınması ehtimalı bir neçə sektorda optimizm mənbəyi kimi göstərilib", - hesabatda deyilir.
Digər tərəfdən hesabatda ofis bazarı, ümumi tələbatın zəifləməsi və 2024-cü il siyasi dövrü ilə bağlı narahatlıqların tez-tez iqtisadi qeyri-müəyyənlik mənbələri kimi göstərildiyi qeyd edilib və əksər bölgələrdə şirkətlərin gələcək artım gözləntilərinin ümumiyyətlə müsbət və ya təkmilləşdirilmiş.
Günel Məlikzadə
Fins.az