BANK

17 Yanvar

Bankların əməliyyat mənfəəti 1,7 mlrd. manata çatıb

Azərbaycanın bank sektorunun xalis əməliyyat mənfəəti 2023-cü ildə 1 milyard 692,4 milyon manata yüksəlib.

Fins.az-ın hesablamasına görə, bu 2022-ci illə müqayisədə 22% və ya 304 milyon manat çoxdur. Belə ki, 2022-ci il bankların cəmi əməliyyat mənfəəti 1 milyard 388,3 milyon manat təşkil edib.

Ötən il bank sektorunun xalis mənfəəti isə 1 milyard 75,9 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 17,7% çoxdur.

Günel Məlikzadə
Fins.az