BANK

17 Yanvar

Elektron Kredit və Zəmanət Sistemi növbəti ay işinə başlayacaq

Elektron Kredit və Zəmanət Sistemi artıq hazırdır. Bir sıra sənədləşmə işləri yekunlaşdıqdan sonra platforma işə düşəcək.

Fins.az-ın xəbərinə görə, bunu Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev ötən ilin yekunları ilə bağlı tədbirdə deyib.

O qeyd edib ki, platforma cari ilin fevralında işinə başlaycaq.

Günel Məlikzadə
Fins.az