BANK

15 Yanvar

70 milyard dollarlıq vergi paketi FED-ə çətinlik yarada bilər

ABŞ-da Konqresin müzakirəçiləri bu həftə vergi endiriminin uzadılmasını müzakirə edəcəklər ki, bu da təxminən 70 milyard dollar xərcləməyə səbəb ola bilər.

Fins.az xəbər verir ki, iqtisadçıların fikrincə, paket ABŞ Konqresi tərəfindən qəbul olunarsa, bu, FED-in bu il uçot dərəcəsini endirəcəyi vaxta təsir edə bilər. Hoover İnstitutunun professoru Mikki Levinin fikrincə, vergi endirimlərinin uzadılması artıq uzunmüddətli potensial artımından yüksək performans göstərən ABŞ iqtisadiyyatının daha da qızışmasına səbəb ola bilər.

Levy, "Mövcud vəziyyətdə ciddi bir fiskal stimul iqtisadi fəallığı dəstəkləyir" dedi. Büdcə kəsirinin azaldılmasının tərəfdarı olan Məsuliyyətli Federal Büdcə Komitəsinin baş analitiki Mark Qoldveynin sözlərinə görə, qanun layihəsi qəbul olunarsa, onun ailə gəlirlərinə müsbət təsiri ən tez mart ayında görünəcək.

Goldwein qanun layihəsinin investisiyaları artıracağına şübhə ilə yanaşır. Analitiklərin fikrincə, onun inflyasiyaya təsirini müəyyən etmək üçün qanun layihəsinin son variantını gözləmək lazım gələcək. Layihə şəklində vergi endirimləri 2025-ci ilə qədər uzadılacaq.

ABŞ-da istehlak qiymətləri dekabr ayında son üç ayda ən yüksək illik artıma sahib olub. Bu artımda xidmət inflyasiyası mühüm rol oynasa da, avtomobil və geyim qiymətlərindəki artımın davam etməsi iqtisadiyyatın hələ də istiləşməyə başladığının göstəricisi kimi şərh edilib.

Günel Məlikzadə
Fins.az