BANK

14 Yanvar

Kredit artımı beş ayın ən yüksək həddində - TÜRKİYƏ

Türkiyə Bank sektorunun kredit həcmi ötən həftə 31 milyard 707 milyon lirə artaraq 11 trilyon 661 milyard 959 milyon lirəyə çatıb. İstehlak kreditlərində artım 21 faizi ötdüyü halda, kommersiya kreditlərində 15,7 faiz artım qeydə alınıb.

Fins.az Türkiyə Bank Tənzimləmə və Nəzarət Təşkilatının (BDDK) dərc etdiyi həftəlik bülletenə istinadən xəbər verir ki, sektorun kredit həcmi 5 yanvar tarixinə 31 milyard 707 milyon lirə artıb.

Sözügedən dövrdə ümumi kredit həcmi 11 trilyon 630 milyard 252 milyon lirədən 11 trilyon 661 milyard 959 milyon lirəyə yüksəlib.

Günel Məlikzadə
Fins.az