BANK

12 Yanvar

Azərbaycanda strateji valyuta ehtiyatları 68,5 milyard ABŞ dollarına çatıb

Son 20 il ərzində Azərbaycanda strateji valyuta ehtiyatları təqribən 42,8 dəfədən çox artaraq, 68,5 milyard ABŞ dollarına çatıb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Bakıda keçirilən "Dövlət-sahibkar tərəfdaşlığı: dayanıqlı iqtisadiyyatın əsası" mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, beynəlxalq reytinq agentliyi olan "Fitch Ratings" tərəfindən dərc olunan hesabatda Azərbaycanın uzunmüddətli yerli və xarici valyutada reytinqi üzrə proqnozu "müsbət" olaraq təsdiqlənib:

"Ölkənin maliyyə imkanları yaxşılaşdıqca xarici borclanmadan da asılılıq azalıb. Nəticədə 2003-cü ildə xarici borcun ÜDM-də payı 21,6 faiz olduğu halda, 2022-ci ildə 10 faizdən az olub".

Fuad Mədətov
Fins.az