BANK

12 Yanvar

ECB 2% inflyasiyadan əmin olduqda faiz dərəcələrini azaldacaq

Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard Avro Bölgəsində inflyasiyanın 2 faizlik hədəfə doğru irəlilədiyinə əmin olduqdan sonra bankın faiz dərəcələrini azaltmağa başlayacağını açıqlayıb.

Fins.az xəbər verir ki, France 2 TV-yə müsahibə verən Laqard, “Faiz dərəcəsinin azaldılması üçün sizə bir tarix verə bilmərəm. Ancaq deyə bilərəm ki, bu müharibədə qalib gəlsək, 2025-ci ildə təxmin etdiyimiz kimi 2 faizə çatsaq və önümüzdəki aylarda əldə edəcəyimiz məlumatlar bunu təsdiqləsə, o zaman aldığımız bu dəqiq məlumatla faizləri aşağı salmağa başlayacağıq”.

Digər tərəfdən, ECB rəsmiləri inflyasiyanın kəskin yavaşlamasından sonra faiz dərəcələrində ilk azalmanın vaxtı ilə bağlı bazarlardan fərqlənir. İnvestorlar bu il nəzərdə tutduqları altı faiz endirimindən birincisinin aprel ayında baş verə biləcəyini düşünsələr də, əksər siyasətçilər ilin ortasının daha real olduğunu söyləyirlər.

Əvvəllər danışan ECB üzvü Boris Vujcic, bazarların ilk faiz dərəcəsinin endirilməsinin vaxtı ilə bağlı çox optimist olduğunu və bu məsələni müzakirə etmək üçün hələ tez olduğunu söylədi.

Günel Məlikzadə
Fins.az