Ötən ilin dekabrın 1-nə Azərbaycanda bank sektorunun xarici öhdəlikləri 2,227.1 mln. manat təşkil edib.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ilin əvvəlinə nəzərən 465.2 mln. manat artım deməkdir.
Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi və fiziki şəxslərin qısamüddətli depozitlərinin həcmindəki artım ilə əlaqədardır.
Fuad Mədətov
Fins.az