BANK

11 Yanvar

Ötən ilin dekabrında Almaniyada inflyasiyanın səviyyəsi artıb

Ötən ilin dekabrında Almaniyada inflyasiyanın səviyyəsi artıb.

Fins.az xəbər verir ki, səbəb onda idi ki, 2022-ci ilin elə həmin ayında almanların əksəriyyəti hökumət tərəfindən ayrılan subsidiyalar sayəsində istilik üçün vəsait xərcləmədilər.

Ardıcıl beş enmədən sonra Almaniyada ilk dəfə olaraq inflyasiya dekabrda artdı. Federal Statistika İdarəsinin ilkin dəyərləndirməsinə görə, məhsullar və xidmətlər bir il əvvəlki dövrlə müqayisədə orta hesabla 3,7 faiz bahalaşıb. Noyabrda inflyasiyanın səviyyəsi 3,2 faizədək aşağı düşərək, son iki il yarım ərzində ən aşağı göstərici oldu. Halbuki iqtisadçılar 3,7 faizədək artım gözləyirdilər. 2023-cü il ərzində inflyasiya bütövlükdə 5,9 faiz təşkil edirdi və bu da böyüklüyünə görə birləşmədən sonra ikinci göstərici idi, 2022-ci ildə nail olunan 6,9 faiz göstəricidən geri qalırdı.

Fuad Mədətov
Fins.az