Nyu-York FEDprezidenti John Uilyams çərşənbə günü inflyasiya məlumatlarının düzgün istiqamətdə getdiyini, lakin pul siyasətinin məhdudlaşdırıcı olaraq qalacağını gözlədiyini söylədi.
Fins.az xəbər verir ki, Uilyams Nyu-Yorkdakı çıxışında deyib: "Mənim əsas ssenarim odur ki, pul siyasətinin mövcud məhdudlaşdırıcı mövqeyi tarazlığı bərpa etməyə davam edəcək və inflyasiyanın uzunmüddətli hədəfimiz olan 2 faiz səviyyəsinə qaytarılacaq. Mən təxmin edirəm ki, məqsədlərimizə tam çatmaq üçün məhdudlaşdırıcı siyasət mövqeyini qoruyub saxlamalıyıq və yalnız inflyasiyanın 2 faizə doğru getdiyinə əmin olduğumuz zaman siyasət məhdudiyyətinin dərəcəsini dəyişdirmək uyğun olardı" dedi.
Uilyams əlavə etdi ki, FED-ə qarşı risklər "iki tərəfli"dir, çünki o, çox tez geri çəkilə və daha yüksək inflyasiya riski ilə üzləşə bilər və ya uzun müddət dayana bilər və iqtisadiyyata zərər verə bilər.
Günel Məlikzadə
Fins.az