BANK

10 Yanvar

Dünya Bankı Cənubi Qafqaz ölkələrində real ÜDM artımı 3,3 faiz olacağını PROQNOZLAŞDIRIB

Dünya Bankı Cənubi Qafqaz ölkələrində real ümumdaxili məhsul artımının 2024-cü ildə 3,3 faiz olacağını proqnozlaşdırıb.

Fins.az xəbər verir ki, Dünya Bankının "Global Economic Prospects" məruzəsinə əsasən, 2025-ci ildə Azərbaycanda ÜDM artımı 2,5 faiz səviyyəsində proqnozlaşdırılır.

Beləliklə, regionda orta illik artım 3,3 faiz olacaq.

Bankın qiymətləndirmələrinə əsasən, Azərbaycanda ÜDM artımı 2024-2025-ci illərdə müvafiq olaraq 2,4 və 2,5 faiz olacaq (2023-cü ildə isə bu göstərici 1,5 faiz olub). Bu isə o deməkdir ki, qarşıdakı illərdə ölkədə iqtisadi artım sürətinin artacağı müşahidə edilir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi Azərbaycanda ÜDM artımının 2024-cü ildə 2,4 faiz səviyyəsində, 2025-ci ildə isə 2,9 faiz səviyyəsində olacağını proqnozlaşdırır.

Xatırladaq ki, 2023-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda ÜDM 2022-ci ilin analoji dövrü ilə müqayisədə 0,8 faiz artaraq 110,2 milyard manata çatıb.

Fuad Mədətov
Fins.az