BANK

10 Yanvar

Dünya Bankı Azərbaycanda real ÜDM artımı olacağını proqnozlaşdırıb

Dünya Bankı Azərbaycanda real ümumdaxili məhsul artımının 2024-cü ildə 2,4 faiz olacağını proqnozlaşdırıb.

Fins.az xəbər verir ki, Dünya Bankının "Global Economic Prospects" məruzəsinə əsasən, 2025-ci ildə Azərbaycanda ÜDM artımı 2,5 faiz səviyyəsində proqnozlaşdırılır.

Beləliklə, ölkədə orta illik artım 2,45 faiz olacaq.

Qeyd etmək lazımdır ki, bu proqnozlar Dünya Bankının Azərbaycan iqtisadiyyatı ilə bağlı 2023-cü ilin oktyabrında keçirdiyi qiymətləndirmə ilə üst-üstə düşür.

Dünya Bankının qiymətləndirmələrinə görə, 2023-cü ildə Azərbaycanda ÜDM 1,5 faiz olub.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi Azərbaycanda ÜDM artımının 2024-cü ildə 2,4 faiz səviyyəsində, 2025-ci ildə isə 2,9 faiz səviyyəsində olacağını proqnozlaşdırır.

Xatırladaq ki, 2023-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda ÜDM 2022-ci ilin analoji dövrü ilə müqayisədə 0,8 faiz artaraq 110,2 milyard manata çatıb.

Fuad Mədətov
Fins.az