BANK

10 Yanvar

Azərbaycanın bank sektorunun kapitallaşdırılması 8,4% artıb

İlkin məlumatlara əsasən, 2023-cü ilin yekunlarına görə, Azərbaycanın bank sektorunun xalis gəliri 2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə 17 faiz artaraq 1,1 milyard manata çatıb.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev "Nailiyyətlər və Çağırışlar" mövzusunda forumda çıxışında deyib.

Onun sözlərinə görə, bank sektorunun kapitallaşdırılması 8,4 faiz artaraq 6,1 milyard manata çatıb.

Z.Nuriyev onu da qeyd edib ki, Azərbaycandakı bankların aktivləri 2023-cü ildəki ilkin qiymətləndirmələrə görə 4,5 faiz artaraq 49,2 milyard manata, kredit portfelinin həcmi isə 18,3 faiz artaraq çatıb.

Fuad Mədətov
Fins.az