BANK

10 Yanvar

Azərbaycanda qeyri-bank kredit təşkilatlarının aktivləri artıb

2023-cü ilin yekunlarına görə, Azərbaycanda qeyri-bank kredit təşkilatlarının aktivləri iki dəfə artaraq, 682 milyon manata çatıb.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının Müşahidə Şurasının sədri Cəlal Əliyev "Nailiyyətlər və Çağırışlar" mövzusunda forumda çıxışında deyib.

Onun sözlərinə görə, bu aktivlərin 80 faizini kreditlər təşkil edir:

"Sentyabrın 30-da müştərilərə verilən kreditlər yarım milyard manatı keçib. Bu rəqəm 2019-cu ilin müvafiq göstəricisini əhəmiyyətli dərəcədə ötüb".

Fuad Mədətov
Fins.az