BANK

09 Yanvar

Azərbaycanda bankların kredit portfeli 18,3 faiz artıb

İlkin məlumatlara əsasən, 2023-cü ilin yekunlarına görə, Azərbaycanda bank sektorunun aktivləri 2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə 4,5 faiz artaraq, 49,2 milyard manata çatıb.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev "Nailiyyətlər və Çağırışlar" mövzusunda forumda çıxışında deyib.

Onun sözlərinə görə, bankların kredit portfeli 2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə 18,3 faiz artaraq, 23,2 milyard manata çatıb.

Fuad Mədətov
Fins.az