BANK

08 Yanvar

Azərbaycan banklarının ticarət-xidmət sektoruna kredit qoyuluşu artıb

Bu il noyabrın 1-nə Azərbaycan banklarının ticarət-xidmət sektoruna kredit qoyuluşu 3 433,6 milyon manat təşkil edib.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən il noyabrın 1-i ilə müqayisədə 5,3% çoxdur.

Fuad Mədətov
Fins.az