BANK

08 Yanvar

Xarici kartlar ilə Azərbaycanda 2 milyard manatlıq əməliyyat aparılıb

2023-cü ilin yanvar-noyabr aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 2 milyard manat aparılıb.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın dekabr sayına məlumat verilib.

Məlumata görə, eyni hal üzrə yalnız noyabr ayında 181,8 milyon manat dəyərində əməliyyat aparılıb.

Fuad Mədətov
Fins.az