Ölkənin dayanıqlı inkişafının və cəmiyyətin tərəqqisinin tərəfdaşı qismində çıxış edən “PAŞA Bank” Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində xeyriyyə fəaliyyətini davam etdirib.
Bankdan Fins.az-a verilən məlumata görə, bu dəfə Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) ilə birgə “Qış Möcüzəsi 2024” adlı xeyriyyə aksiyası keçirilib. 27-29 dekabr 2023-ci il tarixləri aralığında baş tutan kampaniya Xırdalan/Abşeron və Şamaxı/Qobustan ərazilərində həyata keçirilib. Təşəbbüs çərçivəsində ümumilikdə 40-dan çox ailəyə bayram sovqatı təqdim olunub.
Sosial məsuliyyətli korporativ vətəndaş olan “PAŞA Bank” xeyriyyəçilik fəaliyyəti çərçivəsində bu cür təşəbbüslərini davam etdirmək niyyətindədir.
Fuad Mədətov
Fins.az