BANK

29 Dekabr

Moody's Türkiyənin 2024-cü il təqvimini müəyyən edib

Beynəlxalq kredit reytinqi agentliyi Moody's 2024-cü il üçün "Ölkə Kredit Reytinqlərinin İcmalı Təqvimi"ni dərc edib.

Fins.az xəbər verir ki, Türkiyə üçün ilk tarix 12 yanvar, ikinci tarix isə 19 iyul olaraq açıqlanıb.

Türkiyənin gələn il qiymətləndiriləcək ilk ölkə kimi Moody's təqviminə daxil olması diqqət çəkib.

Beynəlxalq kredit reytinq agentliklərinin illik təqvimlərində ölkələrin kredit balları və reytinq proqnozları ilə bağlı tarixlər verməsi dəqiq tarixdə yeniləmənin ediləcəyi anlamına gəlmir. Kredit reytinq agentlikləri də göstərilən tarixdən kənarda qiymətləndirmə apara bilər.

Günel Məlikzadə
Fins.az