BANK

28 Dekabr

Bayram günlərində bankların, milli poçt operatorunun və valyuta mübadiləsi məntəqələri necə işləyəcək - AÇIQLAMA

Mərkəzi Bank bayram günlərində bankların, milli poçt operatorunun və valyuta mübadiləsi məntəqələrinin fəaliyyəti ilə bağlı açıqlama yayıb.

Qurumdan Fins.az-a verilən məlumata görə, 31 dekabr 2023 – 6 yanvar 2024-cü tarixləri olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

"Bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 101 satış nöqtəsi (o cümlədən, 3 bank üzrə 7 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 74 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək", - AMB-dən bildirilib.

Bayram günlərində iş qrafiki:

Banklar

"Azәrpoçt" MMC

Valyuta mübadilə məntəqələri

Fuad Mədətov
Fins.az