BANK

27 Dekabr

Rabitəbankdan nağd pul krediti üzrə "Yeni il" kampaniyası!

Rabitəbank müştərilərinin arzularını rahatlıqla gerçəkləşdirmək üçün nağd pul krediti üzrə "Yeni il" kampaniyası təklif edir. Kampaniyada illik faiz dərəcəsi 11.5%-dən başlayır,  kreditin məbləği 30 000 AZN-dək, müddəti isə 48 ayadəkdir.

Fins.az xəbər verir ki, Rabitəbankın təqdim etdiyi "Yeni il" kampaniyasında xalis gəlirlə yanaşı, müştəri seqmentlərinə uyğun olaraq xüsusi faizlər təqdim olunur. Təhsil və səhiyyə işçiləri üçün xüsusi güzəştlər nəzərdə tutulur. Kredit götürənlər üçün sığorta tələbi yoxdur. Kampaniyadan 31 yanvar 2024-cü ilə qədər yararlanmaq mümkündür.

Qeyd edək ki, nağd pul kreditini "Rabita Mobile" tətbiqindən, bankın saytından və Rabitəbankın istənilən filialından almaq mümkündür.

"Rabitəbank" ASC Azərbaycanın 16 region və Bakı şəhərində 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.