İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən nəşr edilən “İqtisadi islahatlar” elmi-analitik jurnalının 8-ci sayını təqdim edib.
Fins.az xəbər verir ki, jurnalda dərc olunan "Mərkəzi bankların pul-kredit siyasətində inflyasiya hədəfləməsi" adlı məqalənin müəllifi İİTKM-nin aparıcı məsləhətçisi Yusif Məmmədovdur.
Məqalədə qeyd olunub:
"Qloballaşan müasir dünyada gedən mürəkkəb iqtisadi proseslər dünya iqtisadiyyatına müxtəlif kanallar vasitəsilə təsir edir. Son zamanlar dünya bazarlarında neftin qiyməti son on ildə ən aşağı səviyyəyə düşməsi nəticəsində ölkələrdə valyuta ehtiyatlarının və valyuta təklifinin azalmasına səbəb olmuşdur. İnflyasiyanın hədəflənməsi iqtisadiyyatda qiymət sabitliyinə nail olmaq üçün mərkəzi bankların pul və kredit siyasətləri tərəfindən istifadə edilən strateji yanaşmadır. Bu strategiya istehlak qiymətləri indeksinin (İQİ) illik faiz artımını və mərkəzi bankın inflyasiya dərəcəsi üçün açıq hədəf təyin etməsi ilə pul siyasəti alətlərinin istifadəsini nəzərdə tutur.
İnflyasiyanın hədəflənməsinin məqsədi makroiqtisadi inkişafın mürəkkəb proseslərini və tendensiyalarını statistik-qrafik model şəklində əks etdirmək, müxtəlif ssenariləri araşdırmaq və model vasitəsilə qiymət sabitliyinin qorunmasını dəstəkləyən effektiv qərarlar qəbul etməkdir. İnflyasiyanın hədəflənməsi rejimlərinin öyrənilməsində ölkədə iqtisadi artım, işsizliyin azaldılması, xarici ticarət əlaqələrində balanslaşdırılmış ticarət, iqtisadi institutlar səviyyəsində maliyyə siyasətinin və iqtisadi davranışın təkmilləşdirilməsi kimi məsələlərə diqqət yetirilir".
Fuad Mədətov
Fins.az