Baş nazir Kişida Fumio hökuməti 2024-cü ilin aprel-2025-ci ilin mart aylarını əhatə edəcək maliyyə ili üçün 112 trilyon yen büdcə layihəsini təsdiqləyib.
Fins.az xəbər verir ki, Yaponiyanın qocalmış əhalisi nəzərə alınaraq hazırlanan yeni büdcədə sosial təminata ayrılan məbləğ diqqət çəkir.
Müvafiq olaraq, əhalinin qocalması və doğum səviyyəsinin aşağı düşməsi səbəbindən büdcənin 30%-dan çoxu sosial təminata xərclənəcək.
Sosial təminat xərclərinə 37,7 trilyon yen (264 milyard dollar), milli müdafiə xərclərinə isə 7,9 trilyon yen (56 milyard dollar) ayrılıb.
Vergi gəlirlərinin 69,6 trilyon yen (488 milyard dollar) olacağı gözlənilən büdcə üçün 34,9 trilyon yen (245 milyard dollar) dövlət istiqrazları buraxılacaq.
Baş nazir Kişida mətbuata etdiyi çıxışında "fiskal reabilitasiya"dan çox iqtisadiyyatı canlandıracaq addımlara üstünlük verilməli olduğunu bildirib.
2024-cü ilin aprelində başlayacaq yeni maliyyə ili üçün təsdiqlənmiş büdcənin Yaponiya milli assambleyası tərəfindən 2024-cü ilin martında qüvvəyə minməsi gözlənilir.
Günel Məlikzadə
Fins.az