Yaponiyanın əsas inflyasiya səviyyəsi oktyabrda 3,3 faizdən noyabrda 2,8 faizə düşüb. Beləliklə, inflyasiya 2022-ci ilin iyul ayından bəri ən aşağı səviyyəyə enib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, təzə ərzaq qiymətləri nəzərə alınmayan baza inflyasiyası iqtisadçıların gözləntilərinə uyğun olaraq noyabrda 2,9 faizdən 2,5 faizə enib.
Həm təzə ərzaq, həm də enerji qiymətlərini nəzərə almayan "əsas" inflyasiya oktyabrda 4 faizdən 3,8 faizə düşüb. Bu, Yaponiya Bankının pul siyasəti qərarlarında nəzərə aldığı mühüm meyardır.
Günel Məlikzadə
Fins.az