BANK

22 Dekabr

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə çatıb

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları may ayından bu yana 44,1 milyard dollar artaraq rekord həddə - 142,5 milyard dollara çatıb.

Fins.az xəbər verir ki, təkcə son bir həftə ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 1,1 milyard dollar artıb.

Analitiklər Xəzinə və Maliyyə naziri Mehmet Şimşək və Mərkəzi Bankın sədri Hafizə Qaye Erkanın yürütdüyü maliyyə siyasəti sayəsində Türkiyə iqtisadiyyatında stabilləşmə əlamətlərinin olduğunu bildirirlər.

Fuad Mədətov
Fins.az