Rabitəbankın təşkil etdiyi "Rabita Mobile ilə ödə və hədiyyələr qazan" lotereyasının qalibləri artıq məlumdur. Bank qaliblərlə görüşərək hədiyyələri təhvil verib. Lotereyanın əsas mükafatı olan "Changan Uni-V"nin qalibi Rauf Güləhmədova avtomobilin açarı təqdim edilib. Avtomobil ilə yanaşı qaliblərə "İphone 15 Pro Max", "Samsung Smart TV 65", "Apple MacBook Air", "Samsung 5G Galaxy S23", "Apple Watch Ultra", "PlayStation5", "Samsung Galaxy Watch 5 Pro", "Samsung Galaxy Buds 2 Pro" və "AirPods Pro" da təqdim edilib.
Fins.az xəbər verir ki, 15 dekabr tarixində ARB Televiziyasında və Rabitəbankın "Facebook" və "YouTube" səhifələrində canlı yayımda keçirilmiş lotereya tirajı zamanı 55 qalib seçilib. Qaliblər Rabitəbanka məxsus xüsusi proqram təminatı vasitəsilə təsadüfi seçim əsasında şəffaf şəkildə müəyyənləşib. Qeyd edək ki, sentyabrın 1-dən noyabrın 30-na kimi "Rabita Mobile" tətbiqi üzərindən ödəniş edənlər stimullaşdırıcı lotereyanın iştirakçısı olublar.
İnnovativ həllər təklif edən “Rabita Mobile” tətbiqi dünyanın istənilən nöqtəsində bank xidmətlərindən rahat şəkildə istifadə etməyə imkan verir. Tətbiq vasitəsilə banka getmədən 700-dən çox ödənişi, 200-dən çox ölkənin kartına sərfəli pul köçürmələri, kredit ödənişi, toplanılan ƏDV-ləri komissiyasız nağdlaşdırmaq kimi xidmətlərdən istifadə etmək mümkündür. Bundan başqa, “Rabita Mobile” tətbiqinə əlavə edilmiş “TezÖdə” funksiyası ilə parkinq ödənişlərini növbə gözləmədən rahat şəkildə etmək mümkündür.
"Rabitəbank" ASC Azərbaycanın 16 region və Bakı şəhərində 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.