Dünya iqtisadiyyatı 2023-cü ili tədarük zənciri problemləri, Çində gözləniləndən daha yavaş bərpa, yüksək inflyasiya və mərkəzi bankların inflyasiyanın qarşısını almaq üçün faiz dərəcələrini sürətlə artırdığı il kimi geridə qoyur.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, xüsusilə inkişaf etmiş iqtisadiyyatlarda pul siyasətinin sərtləşdirilməsi inflyasiyanın azalmasına kömək etsə də, 2024-cü il inflyasiyanı hədəflənmiş səviyyəyə endirmək üçün mərkəzi bankların "faiz dərəcələrini uzun müddət yüksək saxlamaq" üçün incə tarazlıq saxladıqları il olacaq.
İqtisadçılar 2024-cü ildə qlobal iqtisadiyyatı formalaşdıran gündəm maddələri, yüksək faiz dərəcələrinin iqtisadi artıma təsiri və mərkəzi bankların mümkün faiz endirimləri ilə bağlı qərarlarını şərh ediblər.
SP Global Market Intelligence-in Qlobal İqtisadiyyat üzrə Vitse-Prezidenti Ken Wattret bildirib ki, bu il dünya iqtisadiyyatında yaşanan çətinliklərin bəziləri yaxşılaşmağa başlayıb, bəziləri isə 2024-cü ildə davam edəcək.
Fərqli ölkələrdə inflyasiyanın müxtəlif sürətlə azaldığını bildirən Vattret inflyasiyanın ümumi tendensiyası aşağıya doğru getdiyini ifadə edərək, "Bu baxımdan hazırda faiz artımlarının böyük ölçüdə geridə qaldığını söyləyə bilərik. Pul siyasətindəki sərtləşdirmənin tam təsirini gördük və bu, müəyyən vaxt aparacaq. Yüksək faiz dərəcələri 2024-cü ilə qədər davam edəcək. Bu, iqtisadi artımı boğacaq. Mərkəzi banklar iqtisadiyyatları yavaşlatmağa çalışır, amma eyni zamanda sərtləşdirməni tənzimləyərək iqtisadiyyatları tənəzzülə sürükləməməyə çalışırlar. Buna nail olmaq çox çətindir. Tarixə nəzər salsaq, mərkəzi bankların faiz dərəcələrində çox sürətli artımlar tənəzzülə səbəb olub. Avropa da hazırda oxşar şərtlər altındadır"dedi.
Wattret, ABŞ-da yeni artım əvəzinə faiz dərəcələrinin nisbətən məhdudlaşdırıcı yüksək səviyyədə saxlandığını, ABŞ və Avropada faizlərin pik həddə olduğunu düşündüklərini ifadə etdi.
Günel Məlikzadə
Fins.az